Azadsöz.az xəbər verir ki, Kiyev gələcəkdə min kilometrdən çox uçuş məsafəsi olan uzaqmənzilli raketlər istehsal edəcək.
Bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov “Ukraynanın bərpası üzrə dialoqlar” konfransında bildirib.
“Bizim min kilometrdən çox uçuş məsafəsi olan uzaqmənzilli raketlərə sahib olmaq üçün çox yaxşı perspektivlərimiz var”, – deyə o bildirib.
Reznikovun sözlərinə görə, Ukraynada raket proqramı rəsmən təsdiqlənib və onun üçün artıq büdcədən vəsait də ayrılıb.
Reznikov vurğulayıb ki, bu proqramın icraçıları Ukrayna müəssisələridir.