Azadsöz.az xəbər verir ki, iyunun 3-də Şamaxı rayonunda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 22:56-da Qobustan stansiyasından 27 kilometr cənub-qərbdə, Şamaxı rayonunda qeydə alınan zəlzələ hiss olunmayıb.
Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.