08 Sentyabr 2024 03:48

Azərbaycan kubokunun qalibi müəyyənləşir

Azadsöz.az  xəbər  verir  ki, bu gün Azərbaycan kubokunun 2023-cü il üzrə qalibi müəyyənləşəcək.

Həlledici görüşdə “Neftçi” və “Qəbələ” üz-üzə gələcək. “Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. 

Qeyd edək ki, bu günədək “Neftçi” 6 dəfə, “Qəbələ” isə 1 dəfə Azərbaycan kubokunun sahibi olub.

Xatırladaq ki, Premyer Liqada “Nefçi” 3-cü, “Qəbələ” isə 4-cü yer tutaraq Konfrans Liqasına vəsiqəni təmin edib. Buna görə də matç avrokuboklara vəsiqə baxımından əhəmiyyət daşımır. 

Qeyd edək ki, kubokun son qalibi “Qarabağ”dır. 

Azərbaycan kuboku

Final

20:00. “Neftçi” – “Qəbələ”