Azadsöz.az xəbər verir ki, ötən gün Göyçay rayon sakini I Qarabağ müharibəsində şəhid olmuş Mirzağa Mirhüseyn oğlu Hüseynovun qardaşı Hüseynov Mirsaleh Mirhüseyn oğlu vəfat edib.
Qeyd edək ki, Mirzağa Hüseynov 27 yanvar 1963-cü ildə Göyçayda anadan olub. Orta təhsilini Göyçay şəhər Məhəmməd Füzuli adına 6 saylı tam orta məktəbdə alıb.
1980 – ci ildə hərbi xidmətə çağırılan M.Hüseynov Rusiyanın Novosibirsk şəhərində qulluq edib. Xidmət müddəti bitəndən sonra Göyçaya qayıdıb, 106 saylı Peşə Liseyi sürücülük peşəsinə yiyələnib.
M.Hüseynov 1983–cu ildə Naxçıvanda 6 aylıq kurs keçərək leytenant rütbəsi alıb.O, 1992-ci ildə döyüş bölgəsinə yollanıb.Ağdərə, Naxçıvanik, Laçın, Goranboy və digər bölgələrdə döyüşüb.
Naxçıvanik döyüşündə xüsusi şücaət göstərib. 1992- ci il iyunun 23 -də Əsgəran rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. M.Hüseynov Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.