Xəbər verdiyimiz kimi dünən gecə 19:00 radələrində baş vermiş təbii fəlakət – güclü külək və yağış Göyçay rayonunun mərkəzində olduğu kimi rayonun Cəyirli kəndində də fəsadlar törədib.
Azadsöz.az xəbər verir ki, Göyçay-Bərgüşad avtomobil yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində küləyə və yağışa tab gətirməyən ağaclar yolun üzərinə aşıb.
Cəyirli kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Abbasov tərəfindən əraziyə texnika və işçi qüvvəsi cəlb olunub, ağaclar hissələrə doğranaraq ərazidən götürülüb.