07 May 2024 21:21

Fərqliliyimiz Uğurumuzdur

Ermənistan Türkiyə ilə sərhəddə yeni körpü tikir

Azadsöz.az xəbər verir ki, Ermənistan Türkiyə ilə sərhəddə  Armavir rayonunun Lusaqyux qəsəbəsi yaxınlığında yeni körpü tikir. 

Bu barədə Ermənistan Yol İdarəsi Fondu məlumat yayıb.

“Ermənistan hakimiyyəti M3 dövlətlərarası avtomobil yolunun üzərində, Lusaqyux qəsəbəsi yaxınlığında yeni körpü tikəcək” – məlumatda deyilir.  

Bildirilir ki, körpü dövlətlərarası əhəmiyyətli avtomobil yolunun km11+400-cü hissəsində, Türkiyə sərhədi – Marqara – Vanadzor – Təşir – Gürcüstan sərhədində yerləşəcək.  

 Nəqliyyat obyekti Ermənistanın dövlət büdcəsi hesabına tikilir.