Azadsöz.az xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.
Artıq deputatlar müvafiq qaydada müraciət ediblər.
Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Mayın 31-də Milli Məclisin yaz sessiyası çərçivəsində son iclası keçiriləcək.