09 May 2024 05:16

Fərqliliyimiz Uğurumuzdur

Bu qurumun işçilərinin say həddi artırıldı – SƏRƏNCAM

Azadsöz.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin işçilərinin say həddi artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət Miqrasiya Xidmətinin işçilərinin say həddi 757 ştat vahidi müəyyən edilib.

Qeyd edək ki, indiyədək DMX-nin işçilərinin say həddi 655 ştat vahidi olub.