08 May 2024 19:36

Fərqliliyimiz Uğurumuzdur

Natavan küçəsində iməclik keçirildi-FOTO

Azadsöz.az xəbər verir ki,  17 may 2023-cü il  tarixində Göyçay  rayonunun  Natavan  küçəsində  təmizlik, səliqə-sahman işləri aparılıb.

Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik , Abadlaşdırma Təmir İdarəsinin  işçi   birqadası  və texnikası  əraziyə  cəlb  olunub.Küçə   daş və digər tullantı parçalarından, plastik qablardan, alaq  otlarından  təmizlənib,  təmizlik  maşınına  yığılaraq  ərazidən  daşınıb.

Bununla yanaşı qurumuş ot örtüyü biçilərək sahmana salınıb. Görülən işlər  çərçivəsində küçənin  qarğı ilə  tutulan  hissəsi  qarğıdan  təmizlənərək  səliqəyə  salınıb.

Qeyd  edək  ki, ekoloji tarazlığın qorunması, eyni zamanda  təbiətə qayğı hissinin güclənməsi baxımından  rayonda  təmizlik  işləri gündəlik  olaraq  aparılır.