27 İyul 2024 03:37

Azərbaycan millisinin rəqibləri məlum oldu:Avropa Oyunları

Azadsöz.az xəbər verir ki, Krakov-2023 Avropa Oyunlarının çimərlik futbolu üzrə yarışının püşkatma mərasimi keçirilib.

Azərbaycan millisi A qrupunda Polşa, Portuqaliya və İspaniya yığması ilə mübarizə aparacaq.

Qeyd edək ki, üçüncü dəfə təşkil olunacaq Avropa oyunları ilk dəfə 2015-ci ildə Bakıda keçirilib.