Azadsöz.az xəbər verir ki, illərdi maraqla və yorulmadan izlədiyimiz Azərbaycan filmlərinin əksər kadrlarının bölgələrdə, bəzi məkanlarda çəkildiyini bilirik.Biz həmin məkanlara bəzən əyani bəzəndə qiyabi filmlərə baxmaqla tarixi yerlərimizə səyahət etmiş oluruq. Sizlər üçün hazırladığım bu video vasitəsilə çəkilən bir filmin məkanı ilə tanış edəcəyəm.
Haqqında söhbət edəcəyim məkan Ağsu rayonunun Kövlüc kəndidir. Bu kənd filmlərimizin tarixliyi kimi öz tarixinidə qoruyub saxlayır.Belə ki, Azərbaycan kinosunun incilərindən biri olan “Uzaq sahillərdə” filminin ən məşhur səhnələrinin çəkildiyi kadr bu kənddə, bu evdə çəkilib. Vurğulayım ki, Filmdə Visilinin atasının evi kimi göstərilən bu ev olduğu kimi qalıb.
“Uzaq sahillərdə” filminin ekranlara çıxdığı vaxtdan 65 il (1958 ci il) keçməsinə baxmayaraq bu yerlər tarixlə birgə ciyin-ciyinə yol gəlibdir. Əfsanəvi partizan Mixaylonun – Mehdi Hüseynzadənin son döyüşünün və həlak olduğu səhnələrin çəkildiyi bu ev bu kənd yaddaşımızı təzələməyə, tariximizi vərəqləməyə bizləri vadar edir.
Qeyd edim ki, burda olan zaman maraqlı faktlarda əldə etdim. Əldə etdiyim məlumata görə rejissorların diqqətini çəkən bu yerin mənzərəsi olub.Bəli düz eşitdiniz mənzərəsi olub. Kəndin yaxınlığında göl olması və enişli yoxuşlu yollar əlverişli məkan kimi seçilib.
Bildirim ki, başqa yerlərdən buraya qonaq gələnlər kadrların çəkildiyi məkanları maraqla izləyirlər. Kadrlardan da gördüyünüz bu ev qəzalı, yeni görünüşdə olmasa da filmlərimizin arxivində tarix-memarlıq abidəsi kimi qorunub saxlanılır.
Gəlin unutmayaq ki, bu cür məkanları çəkib göstərmək , yaddaşımızı təzələmək və tariximizi qorumaq hər birimizin borcudur.Çünki tarixi filmlərimizdə yer alan yerlərimiz mədəniyyətimizin-irsimizin özüdür.
“Azadsöz.az” xəbər saytının xüsusi müxbiri Gülşən Muradova