27 İyul 2024 08:29

Birinci sinfə qəbulla bağlı Göyçayın bu məktəblərində qeydiyyat mərkəzləri yaradıldı-FOTO

Azadsöz.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 1 şəhər və 6 rayonda 22 alternativ qeydiyyat mərkəzi yaradılıb.

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcəkdir.

Eyni zamanda valideynlər Mingəçevir “ASAN xidmət” mərkəzində də ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı “mektebeqebul.edu.az” elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.

Bundan əlavə qeydiyyatla bağlı suallar yaranarsa, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin “146-0-3” nömrəli telefonuna zəng etmək mümkündür.

Qeyd edək ki, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Açıklama yok.