16 Sentyabr 2024 22:51

“Sabir” bağında növbəti işlər görüldü-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Göyçay  rayonunun N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən “Sabir bağı” adlanan ərazidə  səliqə-sahman  işləri  aparılıb.

Belə  ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik,  Abadlaşdırma Təmir İdarəsinin  işçi  heyəti   bağın  ərazisini  plastik qablardan, polietilen torbalardan  təmizləyib  və həmin ərazini süpürərək  səliqəyə salıb.

Bununla  yanaşı  su maşını  vasitəsilə  “Sabir bağı” adlanan ərazidə kütləvi tədbirlərin keçirilməsi  üçün mövcud  olan  yay  konsert  səhnəsi, bağın  ərazisi  və  oturacaqların  üstü  təmizlənərək  yuyulub.