06 May 2024 13:26

Fərqliliyimiz Uğurumuzdur

Yığmamız ilk oyunda Türkiyəyə uduzdu

Azadsöz.az xəbər verir ki, bu gün Türkiyənin Antalya şəhərində çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Qarşılaşma 4:3 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb. Millimizin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev və Orxan Məmmədov fərqlənib.

Qeyd  edək  ki, bu komandalar arasında növbəti oyun mayın 4-də keçiriləcək.