Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Göyçay rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Aksiya hemofiliyalı və talassemiyalı xəstələrə, eləcə də qana ehtiyacı olanlara kömək etmək məqsədilə keçirilib.
Xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Qeyd edək ki, humanitar aksiyada 170 nəfər könüllü qan verib.