19 Sentyabr 2024 20:47

ANAMA-dan vətəndaşlara MÜRACİƏT

Azadsöz.az xəbər verir ki, ANAMA vətəndaşlara müraciət edib.

Qrumun yaydığı məlumatda deyilir:

Son günlər baş verən ardıcıl mina hadisələrinin sayının artması ilə əlaqədar olaraq bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən:

Qaydalara riayət etməmək

Təhlükəsiz ərazilərdən kənara çıxmaq

Xəbərdaredici nişanların tələblərinə riayət etməmək

Məsuliyyətsiz və təkəbbürlü addım atmaq – sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər.

Qeyd olunub ki, bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com