19 May 2024 08:55

Göyçayda qanvermə aksiyası keçiriləcək

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 01 may 2023-cü il tarixdə saat 10:00-dan 14:00-dək Göyçay Gənclər Evində qanvermə aksiyası keçiriləcək.

Qeyd  edək  ki, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı qan vermə aksiyalarından bağlıdır. Aksiyada 60 yaşdan aşağı, səhhətində problem olmayanlar iştirak edə bilərlər.