Azadsöz.az xəbər verir ki, bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.
Qapalı iclasa deputat Vahid Əhmədov dəvət edilib.
Bildirilib ki, deputat Vahid Əhmədova töhmət verilib.
Qeyd edək ki, Milli Məclisin deputatı bu yaxınlarda Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib.
Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova tapşırıq verib ki, məsələ ilə məşğul olub, İntizam Komissiyasının iclası keçirilsin.