08 May 2024 06:54

Fərqliliyimiz Uğurumuzdur

Sabah Səyyar ASAN Talış kəndində xidmət göstərəcək

Azadsöz.az xəbər verir ki, Talış kəndinin sakinləri Səyyar ASAN xidmətdən yararlana biləcək.

Bu barədə “ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyev bildirib.

“Səyyar ASAN xidmət sabah Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində ilk dəfə vətəndaşlarımıza xidmət göstərəcək” – deyə Elnur Niftəliyev qeyd edib.