İllərdir çürük diş kimi Göyçay Peşə Liseyində qalan 1-2 savadsız, əsassız şər-böhtanla, vicdansızlıqla məşğul olan 1-2 kadr vardır ki, bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin tələblərinə uyğun olaraq, liseyin inkişafına öz töhfələrini vermək istəyən, yeniliklərə açıq olan, liseydəki təhsilin keyfiyyətinin artırılmasına xidmət edən, liseyin əsaslı təmirinə çalışan, “Açıq qapı”, “Liseyin 90 illik yubileyi” və digər tədbirlərdə can qoyan Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirdiyi işə qəbul müsabiqə və müsahibəsindən uğurla keçərək 3 ildir şəffaf şəkildə fəaliyyət göstərən savadlı xanım direktora şər-böhtan, iftira atmaqdan yorulmadınız?! Gah vicdansızlıqla külli-miqdarda rüşvətxorluqda ittiham etdiniz, gah işə götürülən yeni kadrlardan pul aldığı barədə əsassız və sübutsuz ittihamlarla danışdınız. Hamısı da əlinizə yapışdı. Çünki, sizin atdığınız iyrəncliklərlə dolu yalanlar sadəcə Göyçay rayonunda Peşə təhsilinin inkişafının qarşısını almağa yönəlib. Siz özünüz çox təmizsiniz?! Siz təhsilin inkişafa mane olan çürük ünsürlərsiniz.
Məlum hadisələrlə bağlı Həmkarlar ittifaqlarının keçirdiyi saxta iclasda cəmi 6 nəfər ərizəçi-şikayətçi qadın müəllimə olub. Gücünüz cəmi həmin günahsız, heç nədən xəbəri olmayan 6 xanım işçiyə çatdı?.
Hərəsini müxtəlif yollarla ya ailəsini çağırmağınızla, ya işdən çıxarmağınızla təhdid və şantaj edərək, hədələyərək, həmin ərizələri, izahatları yazdırmısınız. O xanımların günahı nə idi?. Xanım direktora olan hörmət və ehtiramları idi sizə batan?. İclasın protokolu yalan və saxta məlumatlarla doldurularaq tərtib olunub. Bu necə vicdansızlıqdır?.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, sizdən xahiş edirik, peşə təhsilinə bir əsgər kimi öz xidmətlərini göstərən bu savadlı xanım direktoru ləkələyərək işindən çıxarılmasına icazə verməyin! Köhnə çürük ünsürləri təmizlənməsinə köməklik edin. Bu ağzınlaşmış insanlar o qədər irəli gediblər ki, ən son variant olaraq, xanım direktorun liseydən qovmaqla, sağlamlığına zərər yetirməklə hədələyirlər.
Xanıma direktorluq həvalə verilməmişdən əvvəl işləyən sabiq direktorun nəzərinə çatdırırıq ki, sizi 1 il ərzində səriştəsiz, səhlənkar, rüşvətxor fəaliyyətinizə görə atdığınız töhmətə görə işdən xaric ediblər. Siz öz cahil düşüncənizə görə, özünüz kimi yalançı həyat yoldaşınızın ifadəsinə görə, cadu-piti ilə işdən getməmisiniz. Bunu yaddan çıxarmayın!.
İllərdir Göyçay Peşə Liseyində qalan savadsız, şər-böhtanla, məşğul olan bir-iki kadrlar var ki, bunlar öz iyrənc əməllərindən əl çəkmirlər. Peşə Təhsili üzrə Dövlət Agentliyinin tələblərinə uyğun olaraq, liseyin inkişafına öz töhfələrini vermək istəyən, təhsilin keyfiyyətinin artırılmasına xidmət edən,”Liseyin 90 illik yubileyi” və digər tədbirlərdə can qoyan bir müəllimə qarşı haqsızlıqlar davam edir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirdiyi işə qəbul müsabiqə və müsahibəsindən uğurla keçərək 3 ildir şəffaf şəkildə fəaliyyət göstərən savadlı xanım direktora şər-böhtan, atmaqdan əl çəkmirlər? Gah külli-miqdarda rüşvətxorluqda ittiham etməyə çalışdınız, gahda yeni kadrlardan pul aldığı barədə əsassız və sübutsuz ittihamlarla şərlədilər. Amma hamısıda şər böhtan oldu. Çünki, sizin atdığınız iyrəncliklərlə dolu yalanlar sadəcə Göyçay rayonunda Peşə təhsilinin inkişafının qarşısını almağa yönəlmiş bir addım idi. Siz təhsilin inkişafına mane olan şər böhtanla məşğul olan ümüdsüz bir məxluqlarsınız.Məlum hadisələrlə bağlı Həmkarlar ittifaqlarının keçirdiyi saxta iclasda ümüdsüz müəllimlərə hədə qorxu gəlməklə öz çirkin əməllərinizi həyata keçirməyə çalışırsınız. Gücünüz günahsız, heç nədən xəbəri olmayan 6 xanım işçiyə çatdı?
Hərəsini müxtəlif yollarla işdən çıxarmağınızla təhdid və şantaj edərək, həmin ərizələri, izahatları yazdırmaqla hədələmisiniz. İclasın protokolu yalan və saxta məlumatlarla doldurularaq tərtib etmisiniz.
Əminəm ki,Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, , peşə təhsilinə bir əsgər kimi öz xidmətlərini göstərən bir savadlı xanım direktoru ləkələyərək işindən çıxarılmasına icazə verməyəcək! Köhnə şər böhtanla məşxul olan bir ünsürləri təmizlənməsinə köməklik edəcəksiniz. Bu insanlar o qədər irəli gediblər ki, ən son variant olaraq, xanım direktorun liseydən qovmaqla, sağlamlığına zərər yetirməklə hədələyiblər. Unutmayın ki ,bu Ölkərə hər işlər qanunla idarə olunur.
Onuda nəzərinizə çatdırırıq ki,sabiq direktor 1 il ərzində səriştəsiz, səhlənkar, rüşvətxor fəaliyyətinizə görə aıdığınız töhmətə görə işdən xaric ediblər.
Azadsöz.az
Zəka Nağıyev