Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsidir ki, ölkədə barama istehsalı ildən-ilə artır.
26 aprel 2023-cü il tarixində Ağsu rayonunun Barama Emalı Məntəqsində kümçülərə barama qurdlarının paylanılmasına başlanıb. Göyçay rayon İcra Hakimiyyətinin Başçının birinci müavini İkram Vəliyevin və Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elçin İsmayılovun iştirakı ilə 250 qutu barama qurdu Göyçay rayonunun kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında bölünərək təhvil verilib.
Bildirək ki, baramaçılığın inkişafı istiqamətində Göyçay rayonunda da müntəzəm surətdə işlər davam etdirilir. Bu sahəyə dövlət dəstəyinin nəticəsi olaraq son illər rayon ərazisində yerli tut tinglərinin əkilməsi həyata keçirilir.Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verəcəkdir.