27 İyul 2024 08:35

Göyçay şəhər məscidlərində bayram namazları qılınır-FOTO

Azadsöz.az  xəbər verir ki, Ramazan bayramı ilə  əlaqədar  respublikanın  hər  yerində  olduğu kimi  Göyçay şəhər məscidlərində  də  bayram  namazları  qılınır.

Bayram  namazının  qılınmasına Göyçay  şəhər  Mərkəzi  məscidində saat 08.00-da başlanıb. Göyçay şəhər Əbəlfəzlil-Abbas məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 22-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.

Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

Bayramla əlaqədar 4 gün – aprelin 21, 22, 23 və 24-ü qeyri-iş günləri olacaq.