27 İyul 2024 07:11

Göyçay şəhər məscidlərində qılınacaq bayram namazının vaxtı AÇIQLANDI

Azadsöz.az  xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Aprelin 20-si axşam isə bayram axşamı hesab edilir. Həmin gün fitrə zəkatı verilməlidir.

Bayramla  əlaqədar  respublikanın  hər  yerində  olduğu kimi  Göyçay  rayonunda da aprelin 21-də bayram  namazı  qılınacaq.

Belə  ki, Göyçay şəhər Əbəlfəzlil-Abbas məscidində  bayram namazı saat 09:00-da, Göyçay  şəhər  Mərkəzi məscidində isə saat  08:00-da qılınacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.