27 İyul 2024 03:43

Sanitar-Təmizlik Şöbəsi Ramazan bayramı ilə əlaqədar qəbirstanlıqlarda iməclik keçirdi-FOTO

Azadsöz.az xəbər verir ki,  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik Şöbəsi tərəfindən  müqəddəs Ramazan bayramı ilə  əlaqədar   rayonun mərkəzində  yerləşən qəbirstanlıqlarda iməclik keçirilib.

Təmizlik  işçiləri  və təmizlik  maşını   cəlb olunaraq  qəbirstanlıqlara atılan   məişət tullantıları, plastik qablar, polietilen torbalar, daş və digər tullantı parçaları   zibil  torbalarına  yığılaraq   təmizlik  maşını  vasitəsi ilə  ərazilərdən  daşınıb.

Rayonun sakinlərini və qonaqları təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.