Azadsöz.az xəbər verir ki, Göygöl rayonunun Üçbulaq – keçmiş adıyla desək Murud kəndində yerləşən XVI-XVII əsrlərə aid edilən abidə məhv olmaq üzrədir. Üzərində tarixi ilə bağlı heç bir yazıya rast gəlinməyən bu məbədin albanlar tərəfindən inşa edildiyi ehtimal olunur.
Hazırda durumu ürəkaçan vəziyyətdə olmayan tikilinin divarları aşınıb, deformasiyaya uğrayıb və böyük çatlar əmələ gəlib. Restavrasiyaya ehtiyacı olan alban kilsəsi müəyyən dövrdə bu ərazidə məskunlaşan ermənilər tərəfindən dini məbəd kimi də istifadə edilib.
Ancaq mənfur qonşularımız xislətlərindən geri qalmayaraq qədim abidəni mənimsəmək cəhdləri də ediblər. Bunu abidənin giriş hissəsinə yerləşdirilən lövhə ilə əsaslandırmaq olsa da, daşın sonradan qoyulduğunu görmək o qədər çətin deyil.