19 Sentyabr 2024 04:56

Yuxarı Qarabağ kanalı daşdı-SON DƏQİQƏ (FOTO)

Azadsöz.az xəbər verir ki, Bərdə rayonun Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində kanal daşıb.

Suyun daşması nəticəsində böyük ərazi su altında qalıb. Əraziyə çox sayda texnika cəlb olunub. Daha böyük fəsadların qarşısını almaq üçün bəndbərkitmə işləri aparılır.

Yuxarı Qarabağ Kanalı idarəsindən bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb. Hadisəyə səbəb kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com