Azadsöz.az xəbər verir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində yaradılan istixanada mövsümə uyğun olaraq yetişdirilən çiçəklərin və dekorativ güllərin rayonun yaşıllıq ərazilərinə əkilməsi işləri mərhələli şəkildə aparılır.
Belə ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir Şöbəsinin işçi kollektivi tərəfindən rayonun N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən “Sabir bağı” adlanan əraziyə kələm gülü əkilib.
Qeyd edək ki, “Sabir bağı” adlanan ərazidə abadlıq-quruculuq işləri davam etdirilir.