08 Sentyabr 2024 05:04

Şəhid Səbuhi Tağıyev dəfn edildi-FOTO

Azadsöz.az xəbər verir ki, dünən Ermənistan Silahlı Qüvvələri bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan Tağıyev Səbuhi Gündüz oğlunun nəşi Naxçıvana gətirilib.

Qəhrəman şəhidimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra ailəsinin yaşadığı Şahbuz rayonunun Badamlı qəsəbəsinə yola salınıb.

Qarşılanma mərasimində dövlət, hökumət və ictimaiyyət nümayəndələri, eləcə də şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidimizin nəşi Badamlı qəsəbəsində torpağa tapşırılıb.


Dünən şəhid olan hərbçimiz Şahbuzda dəfn olunub - VİDEO - FOTO - YENİLƏNİB

Dünən şəhid olan hərbçimiz Şahbuzda dəfn olunub - VİDEO - FOTO - YENİLƏNİB

Dünən şəhid olan hərbçimiz Şahbuzda dəfn olunub - VİDEO - FOTO - YENİLƏNİB