Azadsöz.az xəbər verir ki, “Barselona” yay transfer pəncərəsində 120 milyon avrodan çox qazanmağı planlaşdırır.
Kataloniya təmsilçisi növbəti mövsümün əvvəlinə qədər La Liqanın qaydalarına uyğunlaşmaq üçün bu məbləğə ümid edir. Bu səbəbdən klub hazırda icarədə olan demək olar ki, bütün oyunçularını satmağa hazırdır. Yeganə istisna “Osasuna”da icarə əsasında oynayan yarımmüdafiəçi Abde Ezzalzoulidir .
Bununla belə, icarə əsasında futbolçuların satışından əldə olunan gəlir kifayət etməyəcək. “Barselona” hazırkı heyətin oyunçularından bəzilərini satmağa hazırdır. Satışlar hansı oyunçuların böyük təkliflər almasından asılı olacaq.