Azadsöz.az xəbər verir ki, aprelin 27-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Daşınmaz əmlak Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 32A ünvanında istifadədə olan 0,0261 hektar torpaq sahəsində yerləşən (ü/s 278,90 kv.m) qeyri-yaşayış binasıdır.
Daşınmaz əmlakın ilkin satış qiyməti 420 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.