19 Sentyabr 2024 20:12

Dekorativ güllər və çiçəklər Göyçayda bu ərazilərə əkildi-FOTO

Azadsöz.az xəbər verir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində yaradılan  istixanada  mövsümə uyğun olaraq  yetişdirilən və  alınan  çiçəklər  və  dekorativ güllər  növbəti  dəfə rayonda   ayrılmış  yaşıllıq  sahələrinə  əkilməsi  işləri  aparılıb.

Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir Şöbəsinin  işçi  kollektivi tərəfindən  ilkin  olaraq  qeyd  olunan  müxtəlif   növ  güllər   və  çiçəklər  Heydər  Əliyev  prospektində  yerləşən Göyçay Rayon Heydər Əliyev Mərkəzinin qarşısına daha  sonra  M.Ə.Rəsulzadə küçəsində yerləşən  Göyçay Rayon  İcra  Hakimiyyətinin  qarşısında  salınmış  yaşıllıq  hissəsinə əkilib, aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, istixanada yetişdirilən  çiçəklər  və  dekorativ güllər  növbəliklə  rayonda   müəyyən  olunmuş  yaşıllıqlara  əkilməsi nəzərdə  tutulub.

 

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com