27 İyul 2024 08:26

Göyçayda zəncirvari yol qəzası baş verib-YARALILAR VAR (FOTO)

Azadsöz.az xəbər verir ki, bu gün  Göyçay şəhərinin Heydər Əliyev prospektində zəncirvari yol qəzası baş verib.”VAZ 2107″ və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yol kənarında dayanmış “Hyundai” və “VAZ 2104” markalı avtomobillərə çırpılıb.

Hadisə zamanı rayon sakini, 2002-ci il təvəllüdlü Bəkirov Anar Əlikram oğlu və adları hələ ki, açıqlanmayan iki nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.
Açıklama yok.