Azadsöz.az xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkili hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdədir.
Sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə Mərkəzə daxil olan millət vəkili müxtəlif tibbi prosedurlardan keçirilib, tomoqrafiya edilib və lazımi tibbi müdaxilələr edilir.
***
22:35
“Azadsöz.az” Musavat.com-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Bakıda Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.
F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir.
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.