29 Noyabr 2024 07:35

Şəhid Vilayət Rüstəmovun bu gün anım günüdür

Azadsöz.az  xəbər verir ki, Birinci Qarabağ müharibəsində qəhrəmanlıq  göstərərək  şəhidlik  zirvəsinə ucalan Vilayət Rüstəmovun bu gün anım günüdür.Vilayət Məmməd oğlu Rüstəmov 1943-cü il  20 apreldə  Kəlbəcər rayonunun Təkəqaya kəndindən anadan olub.1988 ci ildən  düşmənlər  təxribata  əl ataraq  kəndlərə hücum edirdilər. Elə  həmin dövürdən  ov tüfəngi ilə özü kimi  qəhrəman  ogullarla  birgə  Vətənin   müdafiəsinə qalxmışdı.

Vilayət Rüstəmov  1991-1992 ci illərdə  özünümüdafiə bataliyonunda  iştirak  edərək Kəlbəcər  və  Ağdərə  istiqamətində  gedən döyüşlərdə  iştirak  etmişdir.1992 ci ildə  isə  701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsində  kəşviyyatçı  kimi   xidmət  göstərmişdir.Qüsursuz  göstərdiyi  döyüşlərə  görə hərbi  hissə  komandiri  Zahir Rızayev  tərəfindən Kəşfiyyat Tağım komandiri  təyin  edilmişdir.

O, 27  mart 1993- cü il Kəlbəcər və Ağdərə   döyüşlərində  iştirak  edərək  Qozlu körpü və Uzun Tala adlanan  yerdə  düşmən  hücumunun qarşısını  alarkən  şəhid olmuşdur.Martın 28-də   Bozlu  kənddə  dəfn edilib.

Qeyd  edək  ki, şəhid  Vilayət Rüstəmov  Göyçay  “Şəhid  Ailələri  Qayğı”  Cəmiyyətinin   sədri Eldəniz Rüstəmovun atasıdır. 

Ankara escort İstanbul Travesti Shemale İstanbul