27 İyul 2024 07:28

Dekorativ kələm gülü Göyçay Heydər Əliyev Parkına əkildi-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir Şöbəsinin  işçi  kollektivi tərəfindən Göyçay Heydər Əliyev Parkında növbəti  işlər  görülüb.

Xəbər  verdiyimiz  kimi Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayevin göstərişi ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində yaradılan  istixanada  mövsümə uyğun olaraq  yetişdirilən çiçəklərin  və  dekorativ güllərin  mərhələli  şəkildə  rayonda  ayrılmış  yaşıllıq  sahələrinə  əkilməsi  işləri  aparılır.

Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir Şöbəsinin  işçiləri 27 mart  tarixində  dekorativ kələm gülü Göyçay Heydər Əliyev Parkına   gətirilərək   müəyyən edilmiş  yerlərə  əkilərək, suvarılıb.

Qeyd edək ki,  Abadlaşdırma Təmir Şöbəsi tərəfindən  Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsinin istixanasında yetişdirilən  müxtəlif   növ  güllərin  növbəliklə  rayonda   müəyyən  olunmuş  yaşıllıq  yerlərinə  əkilməsi nəzərdə  tutulub.