Azadsöz.az xəbər verir ki, bu gün Göyçay rayonunun Ərəbşahverdi kəndində olan I Qarabağ müharibəsində şəhid olmuş Əhmədov Sərdar Aslan oğlunun anası Bibi Əhmədova vəfat edib.
Şəhidi anası bu gün saat 12:00-da Göyçay rayonunun Ərəbcəbirli kənd qəbirstanlığında şəhidimizin yanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Sərdar Əhmədov 1974-cü ildə Ərəbşahverdi kəndində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra sənədlərini Göyçay rayon 106 nömrəli Texniki-Peşə məktəbinə daxil olaraq, sürücülük peşəsinə yiyələnmişdi.
O, 1993-1994-cü ildə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü olaraq qatılmışdır.Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib.Daha sonra Murovdağa yollanıb.5 may 1994-cü il də “Küzgü” yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.Ərəbcəbirli kənd qəbirstanlığında dəfn edilib.