23 Noyabr 2024 04:47

Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Mehdi Hüseynzadə küçəsinə dekorativ gül əkildi-FOTO

Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda yaşıllıq zolaqlarının salınması və  müxtəlif  növ  dekorativ güllərin əkilməsi   işləri  davam  etdirilir.

Azadsöz.az xəbər verir ki, 28 oktyabr  tarixində  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən rayonun  Mehdi Hüseynzadə küçəsində əkilməsi nəzərdə tutulan yaşıllıq ərazisinə  dekorativ güllərin əkilməsi işlərinə başlanıb.

İlkin olaraq  əkilməsi  nəzərdə  tutulan ərazinin  torpaq  örtüyü  hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri  görülüb.

Daha sonra  əkilməsi  həyata  keçirilib.Yeni əkilən  güllər  suvarılıb və aqrotexniki qulluq göstərilib. 

Qeyd  edək ki,  sözügedən  əraziyə 25 ədəd kalendra  gülü  əkilib.

Ağac və gül kollarının əkilməsi aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.

Xatırladaq ki, 18-27 oktyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarlarına ümumilikdə 10000 ədəd müxtəlif növ ağac və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.

Ankara escort İstanbul Travesti Shemale İstanbul