Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda yaşıllıq zolaqlarının salınması və müxtəlif növ dekorativ güllərin əkilməsi işləri davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 28 oktyabr tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən rayonun Heydər Əliyev prospektinə (xəritənin yanı) viola dekorativ gülünün əkilməsi işlərinə başlanıb.
İlkin olaraq əkilməsi nəzərdə tutulan dekorativ gülün yeri müəyyənləşdirilib, torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.
Daha sonra əkilməsi həyata keçirilib. Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, sözügedən əraziyə 100 ədəd viola dekorativ gülü əkilib.
Xatırladaq ki, 18-27 oktyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarlarına ümumilikdə 10000 ədəd müxtəlif növ ağac və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.