
Azadsöz.az xəbər saytının fəaliyyətə başlamasından 2 il ötür
Bu gün Azadsöz.az-ın 2 yaşı tamam olur. 22.03.2021-ci il tarixindən fəaliyyətə başlayan xəbər saytı iki il ərzində özünəməxsus xidməti ilə seçilib və qısa müddət ərzində geniş izləyici auditoriyası toplamağa müvəffəq olub. 2 il bir media orqanı üçün uzun tarix sayılmasa da, azadsöz.az bu müddət ərzində çətin və məsuliyyətli yolda daima irəliyə doğru addımlamağı qarşısına məqsəd qoyub.
Xəbər portalının kollektivi obyektivliyi və qərəzsizliyi hədəfə alaraq 7/24 saat müddətində ölkədə və dünyada baş verən müxtəlif yönümlü hadisələrlə oxucuların xəbər ehtiyaclarını tam şəkildə ödəməyi bacarıb. Daima yeniliklər axtarışında olan sayt rəhbərliyinin və kollektivin əsas məqsədi media sahəsində aparıcı mövqedə dayanmaq olub.
Azadsöz.az xəbər portalı sizləri tezliklə bir çox yeniliklərlə sevindirəcək.Bizi oxuduğunuz üçün təşəkkür edirik!