22 Noyabr 2024 11:37

Lənkəranda “Avtoş” dönərxananın fəaliyyəti məhdudlaşdırıldı-FOTO

Azadsöz.az xəbər verir ki, daxil olan müraciət əsasında Lənkəran şəhəri, H.Aslanov küçəsində yerləşən, fiziki şəxs Cəfərov Rəvan İlham oğluna məxsus “Avtoş” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.  

Baxış zamanı ictimai iaşə obyektinin normativ tələblər çərçivəsində fəaliyyət göstərmədiyi məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin təmin edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin normativ tələblərə uyğun olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, sanitar qovşağın və əl yuma çanaqlarının mövcud olmadığı, işçinin şəxsi gigiyena qaydalarına əməl etmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

 

İstanbul trv istanbul travestileri