22 Oktyabr 2024 13:28

Çikaqo şəhərində Azərbaycan Bayrağı ucaldılıb

Azadsöz.az xəbər verir ki, ABŞ-nin Çikaqo şəhərində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

Şəhərin məşhur “The Daley Center” inzibati-ictimai mərkəzində baş tutan bayraqqaldırma mərasimi ABŞ-nin İllinoys ştatında fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) həmtəsisçiləri Fərid Məmmədov və Mehriban Məmmədovanın təşkilatçılığı ilə həyata keçirilib.

Hər il olduğu kimi bu il də Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb. Bayraqqaldırma mərasimi şəhər əhalisinin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycan haqqında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan bayrağı gün ərzində Çikaqo meriyasının qarşısındakı “The Daley Center”də dalğalanıb.

 

404 Not Found

404

Not Found

The resource requested could not be found on this server!