
Sabah Köçərli Həsənov Göyçayda vətəndaşları qəbul edəcək
Azadsöz.az xəbər verir ki, Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 17 mart 2023-cü il tarixində Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarından olan sakinləri qəbul edəcək .
Qəbul Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.
Vətəndaşlar qəbul üçün Göyçay və Ağdaş sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.