26 Aprel 2024 17:50

Fərqliliyimiz Uğurumuzdur

İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul etdi

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının ilbəil artdığı vurğulanıb.

Dünya gündəmində duran aktual məsələlərin müzakirəsi baxımından bu beynəlxalq platformanın çox mühüm rol oynadığı bildirilib.

Söhbət zamanı dövlətimizin başçısı ilə Xorvatiyanın sabiq Prezidentinin görüşləri xatırlanıb, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətlərinin uğurlu inkişafı qeyd edilib.