29 Noyabr 2024 05:45

İcazəsiz, qeyri-qanuni tədris mərkəzi açan xanım-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, bu günlərdə yeni bir hadisənin şahdi olduq. Sosial şəbəkələrdə yayılan bir hadisə mətbuat işçisi kimi məni və readksiyamızın əməkdaşlarını təcübləndirdi.
Belə ki, Xırdalan şəhərinin Təzə bazar deyilən ərazisində hündür mərtəbəli binanın altında balaca bir yerdə Şirinlər erkən inkişaf mərkəzinin açlılıb. Əvvəlcə onu qeyd edim ki, tədris mərkəzləri abuturent hazırlıq kursları standart və normativlərə cavab verməlidir. Təhsilli, pedaqoq, müəllim ixtisasına yiyələnən, bu saədə təcrübəsi olan şəxs tədris verəcəyi müəssəni təsis edərək, tədrisin təşkilini təmin etməli, tədris praqramını hazırlamalı, məkan olaraq tədris keçiriləsi ərazini tədrisə uyğun şəkildə hazırlamalıdır. Yeni açılan təhsil mərkəzinə əlaqədar qrumların rəyi olması, fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirmək mümkündür.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatları taxes.gov.az saytının “Vergi bələdçisi” bölməsində almaq olar.

Fiziki şəxs kimi vergi orqanında uçota alınma ödənişsiz həyata keçirilir.

“Dövlət rüsumu haqqında” Qanunun müvafiq maddəsinə əsasən (20-ci maddə) qeydiyyat zamanı dövlət büdcəsinə müəyyən məbləğdə dövlət rüsumu ödənilməlidir:

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqda Azərbaycan Respublikasının qanununa uyğun olaraq fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyata alınması ilə fəaliyyətə başlayırlar: “2011-ci ildən bir pəncərə sistemi ilə istənilən şəxs ASAN Xidmətə yaxınlaşmaqla məhdud məsuliyyətli cəmiyyət yaradır. MMC-in nizamnəməsi, dövlət qeydiyyatı haqda şəhadətnaməsi və dövlət reyestrindən çıxarışı əmək münasibətlərinin elektron informsiya sisteminə elektron şəkildə göndərildikdən sonra rəsmən fəaliyyətə başlaya bilirlər”.

Bu bəzən mərkəz rəhbərinin işbazlığı ilə, asan pul qazanmaq üçün növbəti oyununa çevrilir. Tez bazar bir yer tapıb, icarəyə götürür. Məkanı bər bəzəkli, uşaqlara uyğun şəkildə boyaraq, tədrisə aid rəsmlərlə bəzəyir. Sosial şəbəkələrdə təcrübəli, hansısa fəaliyyətdə olan, uzun müddət işləyən tədris mərkəzlərinin reklamları ilə doldurub, müxtəlif oxşar ad seçərək özünə izləyici toplayır. Bəzən tanınan mərkəzlərin şagirldərinin şəkillərindən, videoçarxlarından da qorxmadan, çəkinmədən istifadə edir. Az sonra müxtəlif müəlliflərin yazıb, tətbiq etdiyi tədris praqramlarının əvvəlin və axrına nəsə əlavə etməklə öz praqramı kimi paylaşır.

İcazəsiz, qeyri-qanuni tədris mərkəzi açan xanım -VİDEO


Bəzi valideyinlər bu kimi fırıldaqçılara aldanır, öz övladlarını bu mərkəzlərə gətiririr. Özəl mərkəz rəhbərliyi qurduğu oyunun tutduğunu görərək valideyinləri daha çox inandıraraq, uşaqları mərkəzə qəbul edir.
Böyük yaşda olan şagirdlər tez bir zamanda bu mərkəzlərin yalnız pul tələsi olduğunu görüb, pul qazanmaq üçün yaradılan mərkəzlərdən uzaqlaşır.
O ki, qaldı məktəbə hazırlıq kursları hə bu o qədərdə asan olmur ..
Valideyin körpə uşağının hərf, say, rəng öyrənməsinə sevinir, aylar keçir, müxtəlif şerlər əzbərdilir. Cümlələr öyrədilir illər ötür. Mərkəz isə öz növbəti qurbanını axtarır.

Bu söhbət açacağım özəl mərkəzin əsil simasıdır. 5-10 uşağı cəlb edərək açlış edən mərkəzin adı Şirinlər erkən inkişaf mıərkəzidir. Mərkəzin rəhbəri olan Rəqiyyə Abbasova inanıram ki, heç erkən inkişaf sözünün mənasını dəqiqliklə bilmir. Əjər bilsəydi ən azından erkən uşaqları inkişaf etdirməyin yolunu, onlara təhsil veriləcək məkanın standartlarını, uşaqlara tədrisin tətbiqini tam şəkildə mənimsədikdən sonra mərkəz açmaq xülyasına düşərdi.

Açlış zamanı 1 klonun uşaqları əyləndirməsi, müxtəlif rəqslərin səslənməsi, Rəqiyyə Abbasovanın ürəkli şəkildə, tam rahat İcra Hakimiyyəti və Polis idarəsinin xəbəri olamasını, heç bir sənəd və ya lisenziya, rəyin olmamasını hətta yuxarıladan icazə aləndığını ehtiraf edir.Çox maraqlıdır bu xanım açdığığı mərkəzin xeyir-duasını aldığı yüksək idarə, təşkilatların adını niyə asanlıqla deyir?.Bu ya savadsızlıqdan irəli gəlir, yaxud özünü göstərmək,tam razılıq kimi qəbul edilir.

Mərkəz rəhbəri valideyinin sualına cavabı bir anlıq məni bəzi keçmişdə yüksək vəzifələrə təyin olunan lakin sonra dövlətə, xalqa, ehtimada qarşı laqeyid olan bu gün müxtəlif cəzalarla tam kənarlaşdırılan məmurları xatırlatdı.
Məkəbəqədər təhsil bu bəlkəm də bəzilərinə asan gəlir. Uşaq ilk təhsilini aldığı bu kimi bəzi mərkəzlərin fəlaiyyəti belə rəhbərlərin əlindədirsə onda məktəbə qədəm qoyacaq körpələrimizin halına indidən yanmaq vacibdir. Körpə dil açıb ana deyir, valideyin onu məktəbə hazırlamaq üçün ya dövlət bağçalarına, uşaq evlərinə, yaxud özəl açlılan tədris mərkəzlərinə qoyur. R. Abbasova kimi pul qazanmaq üçün mərkəz işlədənlər isə razılıq aldığı qrumlarıpn icazəsi ilə öz qanun-qaydaları ilə kursları yönəldərək idarəçilik edir. Hər işə cəlb etdiyi müəllmə 300 azn təklif edən, hər mərkəzə qəbul edilən uşağa görə 100 azn tələb edən mərkəz rəhbəri bu vəsaiti necə tənzimləyir, Dövlət Vergi Xidməti və Dövlət Sosial Müdafiə Fondunun bu məsələlərdən yəqin ki, xəbəri yoxdur və ya nümayəndəsinin başı qarışıqdır deyə hələ mərkəzə gəlib çıxa bilmir.

İcazəsiz, qeyri-qanuni tədris mərkəzi açan xanım -VİDEO


Çəkilən videoda daha aydın olaraq bu mövzunu tam olaraq eşidə bilərsiniz. Fotolar isə sosial şəbəkələrdə mərkəzin səyfəsində paylaşılıb. Sorğu və rəy bölməsində sualımıza cavab vermək əvəzinə səyfə hazırda silinib.PS.


İcazəsiz, qeyri-qanuni tədris mərkəzi açan xanım -VİDEO


Bu video sosial şəbəkələrdə paylaşılıb, bəzi saytlarda yayımlanıb təsüff ki, bu barədə videoda adları çəkilən Abşeron rayon icra hakimiyyəti nə də Abşeron rayon Polis idarəsi bu günə kimi öz mövqeyini qoyub, məsələnin şəfaf, operativ şəkildə həlinə aydınlıq gətirmir.

Elm və Təhsil Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Gigiyena və Epidemiologiya Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Reklam Agentliyi, Xırdalan şəhər üzrə icra nümayəndəliyi, Xırdalan şəhər bələdiyyəsi heç bir nümayəndəsi qeyri-qanuni, sənədsiz, icazəsiz fəaliyyət göstərən Şirinlər erkən inkişaf mərkəzi tərəfə yaxında gəlməyiblər. Halbu ki, hansısa bu və ya digər mərkəz açılarkən bütün sadaladığım qurumların ərazi üzrə nümyəndələri obyektin fəaliyyətini azı bir dəfədə olsun nəzərdə keçirir.

Yəqin xanım rəhbərin dediyi kimi və ya ağzından qaçırdığı kimi xəbərləri var, icazə alınıb.. Biz mətbuat olaraq bu məsələni gündəmdə saxlayacağıq.

Gələcəyimiz olan uşaqlarımıza məktəbəqədər tədris verən erkən inkişaf mərkəzinin qeyri-qanuni fəaliyyətini, mərkəzə icazə verənlərin, bu işə nəzarət edən əlaqədar təşkilatların verəcəyi qərarları araşdırıb Sizlərə çatdıracağıq.

Mənbə: Azpress Tv

Ankara escort İstanbul Travesti Shemale İstanbul