Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik şöbəsinin işçi heyyəti növbəti təmizlik işlərini rayonun M.H.Şəhriyar küçəsində aparıblar.
Qeyd olunan küçə və küçədə yerləşən çoxmənzilli yaşayış binasının həyəti məişət tullantılarından, plastik qablardan, polietilen torbalardan təmizlənərək təmizlik maşınına yığılıb ərazidən daşınıb, küçə süpürülərək səliqəyə salınıb.
Bildirək ki, Sanitar-Təmizlik şöbəsi tərəfindən təmizlik işləri gündəlik olaraq aparılır.