Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik şöbəsi tərəfindən gündəlik olaraq rayonda təmizlik işləri aparılır.
Rayonun prospekt və küçələri məişət tullantılarından, plastik qablardan, polietilen torbalardan və digər tullantılardan təmizlənib, süpürülərək səliqəyə salınır.
Bildirək ki, sanitar-təmizliyin yaxşılaşdırılması məqsədilə rayonun bütün küçələrinə və prospektinə məişət tullantılarının yığılması üçün nəzərdə tutulan konteynerlər qoyulsa da bəzi rayon sakinləri məişət tullantılarını konteynerlərə atmayıb yolun kənarlarına, səkilərin üzərinə qoymaqla işlərini bitmiş hesab edirlər.
Daha bilmirlər ki, sonrakı mənzərə heç də ürək açan olmur. Belə ki, gecə və gündüz saatlarında sahibsiz küçə itləri bəzi məsuliyyətsiz rayon sakinlərinin konteynerlərə atmadıqları və yola düzdükləri polietilen torbalardakı məişət tullantılarını ətrafa səpələyərək rayonun təmizliyinə xələl gətirir.
Xatırladaq ki, evinin təmizliyini düşünən insan rayonun təmizliyi üçün gecə-gündüz işləyən Sanitar-Təmizlik şöbəsinin işçi heyyətinində əziyyətini düşünməlidir.Unutmayaq ki, təmizlik imandan gəlir.