Azadsöz.az xəbər verir ki, Türkiyədəki dəhşətli zəlzələdən sonra binaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin axtarışları davam edir.
Şəhərin İnönü Universitetinin tələbələri olan azərbaycanlılar – Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevdən 8 gündür ki xəbər yoxdur.
Bildirilib ki, tələbələr ikinci mərtəbədə qalıb. Bina demək olar, toz halına düşüb.
Axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itlər də cəlb edilib.