Azadsöz.az xəbər verir ki, dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunub.
Bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.
Qeyd edilir ki, nasazlıqlardan ən çox ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.
Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi sayt və proqramın işində nasazlıqların olmasından gileylənirlər.