08 May 2024 05:36

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda sürücü sükan arxasında öldü

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Azadsöz.az “a verilən məlumata görə, bu gün saat 15 radələrində 1968-ci il təvəllüdlü Fəxrəddin Xəlilov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən ilkin ehtimala əsasən ürəktutmadan ölüb və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2109” markalı avtomobilə dəyib.

Zərbənin təsirindən “VAZ-2107”dəki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.