20 May 2024 18:15

Rumıniya prezidenti Azərbaycana səfər edəcək

Azadsöz.az xəbər verir ki, Rumıniya Prezidenti Klaus İohannis fevralın 2-3-də Azərbaycanda səfərdə olacaq.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbədən bildirilib.

Onun bir sıra rəsmi görüşlər keçirəcəyi gözlənilir.

İohannis həmçinin fevralın 3-də Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurası çərçivəsində nazirlərin doqquzuncu iclasında iştirak edəcək.